28 İyun 2023 16:33
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin əsas hərbi ehtiyatlarından hələ də istifadə etməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Reznikov bildirib ki, ölkə Silahlı Qüvvələrinin əks-hücumunun əsas hadisələri hələ qarşıdadır.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsas hərbi ehtiyatları, o cümlədən Qərbdə müasir tanklar və NATO-nun zirehli texnikası ilə təlim keçmiş briqadalar hələ hücuma qoşulmayıb.


Müəllif: Pərvin Cəfərova