Fransanın Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı 150 nəfər saxlanılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Jerald Darmanin sosial şəbəkədə yazıb.
***
Yeniyetmənin polis tərəfindən öldürülməsinə görə bu gecə Parisdə baş verən iğtişaşlar zamanı 80 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
İğtişaşçılar Pablo Pikassonun muzeyinə, Sena çayının cənub sahilində yerləşən polis bölməsinə və iş yerlərinə soxulmağa cəhd ediblər.
Etiraz aksiyaları paytaxtla yanaşı bir neçə böyük şəhərdə də keçirilib.