30 İyun 2023 11:14
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə görə ölkədə başlayan iğtişaşlarda 600-dən çox adam həbs edilib.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Jerald Darmanen tviter səhifəsində yazıb.

“İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq polis və jandarmlar 667 nəfəri saxlayıblar”, - o qeyd edib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Parisin qərbində yerləşən Nanterre şəhərində polis əməkdaşı 17 yaşlı yeniyetməni güllələyib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər