1 İyul 2023 15:13
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidanla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabah Ciddədə keçiriləcək Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıqla əlaqədar Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, Qurban bayramının ilk günü İsveçdə Quranın yandırılması ilə bağlı sabah Ciddə şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər