Polşa Daxili İşlər Nazirliyi “Vaqner” yaraqlılarının Belarusa yeridilməsi ilə əlaqədar sərhədə əlavə polis əməkdaşı göndərir.
Teleqraf.com xəbər verir ki, bu Polşanın daxili işlər naziri Mariuş Kaminski Tviterdə məlumat yayıb.
"Belarusla sərhəddə yaranmış gərgin vəziyyətə görə mən qüvvələrimizi iğtişaş və terrorla mübarizə bölmələrindən 500 nəfərlik polis zabiti ilə gücləndirmək qərarına gəldim", – o bildirib.