Rusiyanın Krasnodar diyarının Primorsko-Axtarsk şəhərində güclü partlayış baş verib .
Teleqraf.com "ria.ru"ya istinadən xəbər verir ki, hərbi aerodrom ərazisindəki yanacaq və sürtkü materialları olan anbara hücum cəhdi edilib, lakin raket hava hücumundan müdafiə sisteminin köməyi ilə vurulub.
Partlayış yerli aerodromdan 200 metr aralıda baş verib və 10 metr diametrdə və təxminən 4 metr dərinlikdə krater yaradıb.
Hadisə nəticəsində dağıntı və tələfat olmayıb.
Bundan əvvəl, iyunun 2-də Belqorod yaxınlığındakı Nijni Olshants elit kəndi üzərində təyyarə tipli bir dron vurulub.
Daha əvvəl Müdafiə Nazirliyinin hesabatında bildirilirdi ki, Rusiyanın Zaporojye vilayətində hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-25 hücum təyyarəsini vurub .