“Türkiyə və Misirin bir-birindən ayrı qalmaq lüksü yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə və Misir öz bölgələrində iki güclü qardaş ölkədir. Bu iki mühüm ölkənin bir-birindən ayrı qalmaq lüksü yoxdur. Prezidentlərin iradəsi ilə bir neçə il əvvəl bir proses başlayıb. İki prezidentin Dohadakı görüşündə verilən qərarlar əsasında proses irəliləyir. Misir və Türkiyə olaraq qarşılıqlı səfir təyin edirik. Vacib bir mərhələni geridə qoyduq. Münasibətlərimiz bundan sonra da böyük sürətlə inkişaf edəcək”, - nazir bildirib.