Əks-hücum əməliyyatı çərçivəsində Ukrayna Silahlı Qüvvələr Berdyansk istiqamətində düşmən mövqelərinə 2 km-ə qədər dərinlikdə irəliləyərək, çatılmış xətlərdə möhkəmlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tavriya regional administrasiyasının sözçüsü Valeri Şerşen məlumat verib.
Onun sözlərinə görə, Ukrayna ordusu son 24 saat ərzində bu istiqamətdə Rusiyanın 72 hərbçisini, 36 hərbi texnikasını, 2 tankını, 9 zirehli döyüş maşınını, 8 artilleriya sistemi və minaatanını, 4 raket zərbə sistemini məhv edib.
Həmçinin 1 “Pantsir-S”, 2 “Tor” sistemi, 2 sursat anbarı və 1 idarəetmə məntəqəsi sıradan çıxarılıb.