8 Yanvar 2015 21:02
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Parisdə baş verən terror aksiyası Avropada məscidlərə, islam mərkəzlərinə hücumları artırıb. Belə ki, bu gün Hollandiyada bir məscidin yandırılmasına cəhd göstərilib.

Teleqraf.com-un məlumatına görə, hadisə erkən səhər saatlarında Vlaardingen şəhərində baş verib. Səhər tezdən şəxsiyyəti bəlli olmayan bir neçə şəxs alışqan maye ilə dolu bir neçə qutunu yandıraraq, məscidin qapısına tullayıblar.

Mühafizəçilərin vaxtında xəbər tutması nəticəsində yanğının qarşısı alınıb. Son məlumatlara görə, məscidə zərər toxunmayıb. Yaranmış vəziyyətlə əlaqədar ölkədə məscidlərin mühafizəsi gücləndirilib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər