İsveçin keçmiş xarici işlər naziri Ann Linda PKK terror təşkilatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin ciddi terror hücumlarına məruz qaldığını bildirən Linda İsveç də daxil olmaqla, digər ölkələrin bunu kifayət qədər ciddiyə almadıqlarını etiraf edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu durumu tənqid etmək haqqının olduğunu deyən sabiq nazir ölkəsinin PKK/YPG-yə maliyyə yardımı etdiyini də söyləyib.
“Türkiyənin terrordan çox təsirləndiyini və digər başqa dövlətlərin bunu ciddi qəbul etmədiklərini nəzərə alsaq, haqlı olduqlarını düşünürəm. PKK-nın İsveç tərəfindən maliyyələşdirilməsi mövzusunda haqlıdırlar”, - Linda vurğulayıb.