8 İyul 2023 14:52
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayında Baxmutun Rusiya tərəfindən tutulmasından sonra Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. Bu, rusları şəhəri itirməklə hədələyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Kəşfiyyata görə, iyundakı sakitlikdən sonra, son 7 gün ərzində Baxmut yenidən cəbhədə ən gərgin döyüşlərin getdiyi nöqtəyə çevrilib.

“Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan şəhərin həm şimal, həm də cənub tərəfində davamlı uğur qazanır”, - məlumatda qeyd olunur.

Britaniya kəşfiyyatı Rusiya ordusunun Baxmutda yenidən çox ağır itkilər verməyə başladığını iddia edir.

“Moskva Rusiyanın son 12 ayda qazandığı bir neçə uğurdan biri kimi simvolik əhəmiyyət daşıyan Baxmutun təslim olmasını siyasi baxımdan qəbuledilməz hesab edir. Bu baxımdan, bu istiqamətə yönəltmək üçün bir neçə əlavə ehtiyat ola bilər”, - Britaniya MN bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər