Silahlı Qüvvələrin əks-hücumunun başlanğıcından ölkəmizin cənubunda - Berdyansk və Melitopol istiqamətlərində 169 kvadratkilometr ərazi rus işğalçılarından azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılır. Kovalyov bildirib ki, Ukrayna ordusu son bir həftə ərzində Melitopol və Berdyansk istiqamətlərində 1 kilometrdən çox irəliləyib.
“Ümumilikdə, hücumun əvvəlindən bu istiqamətlərdə irəliləyiş 8.6 kilometr təşkil edir. Son bir həftə ərzində Ukraynanın cənubunda 10 kvadrat kilometrdən çox ərazi azad olunub”, - Kovalyov vurğulayıb.