9 Yanvar 2015 09:00
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti İraqda 1.5 milyon qaçqına qış mövsümündə yardım məqsədi ilə 19 milyon dollara ehtiyac olduğunu bildirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücumlarından əsasən İrbil və Dohuk əhalisi didərgin düşüb.

Temperaturun sıfırdan aşağı düşməsi ilə yüz minlərlə insan ağır vəziyyətdə yaşayır.
Cəmiyyətin sözçüsü Martşa Karpentierin bildirdiyinə görə, insanlar su, ərzaq, səhiyyə xidmətləri və digər lazımi avadanlıqların qıtlığını çəkir.

Ən böyük narahatlıq sahəsi təbabətdir. Regionda səhiyyə ocaqları bağlanıb, insanlar ciddi xəstəliklər riski qarşısındadır.

İraqda 2 milyon məcburi köçkünün yarım milyonu Kürdüstan regionunun payına düşür. Digərləri isə İŞİD-in nəzarəti altında olan mərkəzi və cənub regionlarda yaşayır.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 4 mindən artıq könüllüsü yardım əməliyyatlarında iştirak edir.

Samir


Müəllif:

Oxşar xəbərlər