Ukrayna ordusu dörd istiqamətdə - Melitopol, Berdyansk və Baxmutda hücum əməliyyatı keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.
Sözçü qeyd edib ki, Baxmut istiqamətində qoşunlarımız şəhərin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir.
Ukrayna Silahlı Qüvvələri digər üç istiqamətdə tutulmuş mövqelərdə möhkəmlənir, müəyyən edilmiş hədəflərə artilleriya zərbələri endirir.
“Düşmən güclü müqavimət göstərir, bölmələri və qoşunları hərəkətə gətirir, ehtiyatlardan fəal istifadə edir”, - Kovalyov deyib.