11 İyul 2023 17:20
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mənbələri general-leytenant Oleq Tsokovun Ukraynanın işğal altında olan Berdyansk şəhərində öldürüldüyünü təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, VÇK-OQPU Teleqram kanalı Rusiyanın Cənub Hərbi Dairəsinin komandirinin müavini general-leytenant Tsokovun Berdyanskda 58-ci ordunun komanda məntəqəsinə hücum nəticəsində həyatını itirdiyini yazır.

Bir sıra mənbələr Tsokovun olduğu məntəqənin İngiltərə istehsalı “Storm Shadow” raketi ilə vurulduğunu bildirirlər. Generalın olduğu məntəqə darmadağın edilib.

“The Moscow Times”ın yazdığına görə, Tsokov 2022-ci il fevralın 24-dən Rusiyanın Ukraynaya hücumunda iştirak edir. General Ukraynadakı müharibədən əvvəl Çeçenistan savaşında və Suriyada hərbi əməliyyatlarda yer alıb. İki “Şücaət”, bir “Hərbi xidmətə görə” ordeni var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər