11 İyul 2023 17:29
2 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İsveçin NATO-ya üzvlük müraciətini parlamentə təqdim edəcəyinin açıqlanmasından sonra Rusiyadan açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin NATO üzvü olduğunu və alyans qarşısında məsuliyyət daşıdığını bildirib.

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin NATO qarşısında öhdəlikləri var, bunlardan xəbərdarıq. Rusiya, fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə münasibətlərini inkişaf etdirmək istəyir”, - Peskov deyib.

Kremlin sözçüsü Türkiyənin Qərbə inteqrasiyasına da diqqət çəkib:

“Türkiyə Qərbə yönələ bilər, bilirik ki, Türkiyə Cümhuriyyətinin tarixində Qərbə istiqamətlənmənin intensiv və daha az intensiv olduğu dövrlər olub. Amma onu da bilirik ki, kim nə deyir, desin, heç kim Türkiyəni Avropada görmək istəmir, mən avropalıları nəzərdə tuturam”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər