12 İyul 2023 11:09
4 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə naziri Sergey Şoyqu iddia edir ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı effektli deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında deyilir.

Şoyqunun sözlərinə görə, Ukrayna qüvvələri iyunun 4-dən - əks-hücum başlayandan bəri 26 min hərbçi və 1244 tank və piyada döyüş maşınını itirib. Eyni zamanda, o iddia edir ki, Rusiya əks-hücumun başlanğıcından bu yana 176 HIMARS raketini və 27 “Storm Shadow” qanadlı raketini ələ keçirib.

ISW analitiklərinin fikrincə, Rusiya komandanlığının Ukraynanın itkiləri ilə bağlı məlumatları çox şişirdilib.

“Şoyqunun Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı ritorikası Kremlin KİV-lərə əks-hücum əməliyyatını xəfif görməmək və Rusiyanın uğurlarını şişirtməmək göstərişləri ilə ciddi şəkildə ziddiyyət təşkil edir”, - məlumatda bildirilir.

ISW güman edir ki, Şoyqu bu göstərişlərə getdikcə məhəl qoymur, “Vaqner” qrupunun qiyamından sonra Müdafiə Nazirliyinin fəaliyyətini effektli göstərməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər