13 İyul 2023 17:18
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynaya F-16 döyüş təyyarələrinin göndərilməsini nüvə təhdidi kimi qiymətləndiriləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, nazir bunun fəlakətli nəticələri barədə Qərbə xəbərdarlıq edib.

“Ukrayna silahlı qüvvələrinin bu cür sistemlərə sahib olmasını Qərbdən nüvə təhdidi kimi qiymətləndirəcəyik. Rusiya bu təyyarələrin nüvə başlığı daşıma qabiliyyətini nəzərə almaya bilməz”, - Lavrov bildirib.

Rusiyalı nazir Moskvanın bu mövzuda ABŞ, Böyük Britaniya və Fransaya xəbərdarlıq etdiyini xatırladıb:

“ABŞ və NATO müttəfiqləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bunun fəlakətli nəticələri ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər