14 İyul 2023 01:00
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarusa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya dəvət göndərməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə qurum Milli Olimpiya Komitələrinə 203 dəvət göndərəcək.

“Analoji qərar Ukraynadakı münaqişə ilə əlaqədar BOK-un Rusiya və Belarus idmanına tətbiq etdiyi sanksiyalarla bağlı verilib. Həmçinin, BOK 2022-ci ilin sentyabrından dayandırılmış Qvatemala MOK-a Olimpiadaya dəvət göndərməyəcək”, - məlumatda qeyd olunub.

BOK Rusiya və Belarus idmançıları ilə bağlı yekun qərarın daha sonra veriləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər