14 İyul 2023 14:16
3 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç müdafiə naziri Pal Conson ölkəsinin beynəlxalq terrora qarşı Türkiyə ilə birlikdə mübarizə aparacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyəyə PKK terror təşkilatının İsveçdəki fəaliyyətinin qarşısını alacaqları vədini verib.

“Beynəlxalq terrora qarşı Türkiyə ilə birlikdə mübarizə aparacağıq. Fəaliyyətimizi PKK terror təşkilatının İsveçdəki fəaliyyətinin qarşısını almağa sərf edəcəyik. Bu həm bizim, həm də Türkiyənin təhlükəsizliyi üçün vacibdir”, - Conson deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər