16 İyul 2023 14:39
7 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qara dənizdə “Kalibr” raketdaşıyıcılarının sayını artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Qara dənizdəki hərbi gəmilərinin sayını 9-dan 11-ə çatdırıb. Onların arasında iki raketdaşıyıcı var.

“Əməliyyat vəziyyəti dəyişib. Artıq Qara dənizdə 11 gəmi var. Aralıq dənizində isə bir “Kalibr” qanadlı raketdaşıyıcısı var. Rusiya təchizatındakı boşluqları doldurmaqla geri qayıdıb”, - məlumatda deyilir.

İyulun 1-də Qara dənizdə 8 “Kalibr” qanadlı raketi olan iki sualtı gəmi döyüş növbətçiliyində idi. Bundan sonra Rusiya dənizdə raket daşıyıcılarının sayı 3-ə qədər artdı, “Kalibr”lərin ümumi sayı 16-ya çatdı.

İyulun 2-də Rusiyanın 9 gəmisi , o cümlədən 4 “Kalibr” daşıyıcısı da daxil olmaqla, Qara dənizdə döyüş növbətçiliyində idi.

“Azov” dənizində göyərtəsində “Kalibr”siz bir Rusiya gəmisi vardı, Aralıq dənizində isə döyüş növbətçiliyində 8-ə qədər. Bunların arasında da “Kalibr” yer alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər