Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətində rəsmi səfərdədir.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən rəsmi qarşılanma mərasimi olub. İki ölkənin dövlət himnləri səsləndirilib.
İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Al Tani təkbətək görüşüblər.