“Biz bir müddət Belarusda qalacağıq. Əminəm ki, bu müddət ərzində Belarus ordusunu dünyanın ikinci ən yaxşı ordusuna çevirəcəyik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Vaqner"in təsisçisi Yevgeni Priqojin vaqnerçilərə müraciətində deyib.
“Belaruslar bizi təkcə qəhrəman yox, qardaş kimi gördüklərinə görə hamı buna uyğun hərəkət etməlidir”, - o qeyd edib.