23 İyul 2023 00:29
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Britaniya Ermənistan və Azərbaycan arasında tarixi sazişin imzalanacağına ümid edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti “Twitter” hesabında yazıb.

“Böyük Britaniya ümid edir ki, Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinə doğru dinamikanı qoruyub saxlamaq mümkün olacaq”, - Dokerti sosial şəbəkə hesabında qeyd edib.

Dövlət naziri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla bu mövzuda söhbət etdiyini bildirib.

Dokerti vurğulayıb ki, Böyük Britaniya regionun rifahı və təhlükəsizliyini dəstəkləyə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər