23 İyul 2023 11:13
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah Sisi Əmr əl-Hamamini Misirin Ankaradakı səfiri postuna təyin edib.

Teleqraf.com xəbər verir ki, təyinatla bağlı sərəncam Sisinin imzası ilə rəsmi qəzetdə dərc olunub.

Xatırladaq ki, 2019-cu ildən Misirin Ankaradakı səfirliyində müvəqqəti işlər vəkili olan Əmr əl-Hamami 2011-2015-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Misir missiyasında hüquq müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında buzlar əriməyə başlayıb.

Tərəflər 2013-cü ildən bəri ilk dəfə olaraq qarşılıqlı şəkildə səfir təyin etmək barədə razılığa gəliblər.

İndiyədək qarşılıqlı əlaqələri müvəqqəti işlər vəkillər tənzimləyirdi.

Bir müddət öncə diplomat Salih Mutlu Şen Türkiyənin Qahirədəki səfiri təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər