Ukrayna ordusu tədricən də olsa, cənubda əks-hücum əməliyyatının məqsədlərinə nail olur.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun fikrincə, indi rus işğalçılarının müqavimət üçün çox az resursları var.
Kovalenko qeyd edib ki, daima ən şiddətli döyüş əməliyyatları üç əsas ərazidə gedir: Pyatixatki, Rabotino və Staromlinovka.
"Staromlinovkanın şimal sektoruna nəzarət rus işğalçı qüvvələrinin komandanlığını ciddi narahat edir. Göründüyü kimi, işğalçılar alayın imkanları ilə kəndi saxlaya bilməzlər", - o vurğulayıb.