28 İyul 2023 08:15
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Donald Trampa qarşı məxfi materiallarla düzgün işləmədiyinə görə əlavə ittihamlar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Florida ştatının Cənub Dairəsi məhkəməsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilir.

“32-ci bənd əlavə edilib, ona əsasən, Donald Tramp daha bir maddə ilə - müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur”, - mətndə deyilir.

Bundan əlavə, işdə yeni bir müttəhim meydana çıxıb - Karlos De Oliveyra. O, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq üçün cinayət sui-qəsdində ittiham olunur: məhkəmənin materiallarına görə, o, iş üzrə digər müttəhim Valter Nauta ilə birlikdə 2022-ci ilin yayında müşahidə kamerasındakı səs yazısını məhv etməyə çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər