28 İyul 2023 21:47
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər humanitar layihələrə dəstək çərçivəsində ölkəyə 100 milyon dollar ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda bildirib.

Hökumət başçısı əlavə edib ki, pul səhiyyə və təhsilə, eləcə də minalardan təmizləməyə yönəldiləcək.

Şmıqal əlavə edib ki, tərəflər iqtisadi, ticarət və texniki sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər.

Qeyd edək ki, Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Kiyevdə səfərdədir. Nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, taxıl sazişinin davam etdirilməsi məsələlərini müzakirə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər