Danimarka hakimiyyəti Quranın yandırılması ilə bağlı aksiyaların məhdudlaşdırılması imkanlarını araşdıracaq.
Teleqraf.com xəbər verir ki , Danimarka hakimiyyəti müəyyən dinlərə və ya digər dövlətlərə mənsub dini atributların təhqir edilməsinə səbəb ola biləcək kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirməyə hazırlaşır.
"Danimarka hökuməti, məsələn, digər ölkələrin, mədəniyyətlərin və dinlərin təhqir olunduğu və bunun Danimarka üçün ən azı təhlükəsizlik baxımından ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq", deyə məlumatda qeyd olunur.
İyulun 24-də yerli polisin icazəsi ilə Kopenhagendə Quranın yandırılması dünya müsəlmanlarının ciddi etirazına səbəb olub.