ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı Kapitoliyə hücum edərək 2020-ci il seçkilərinin nəticələrini dəyişməyə cəhdə görə yeni ittihamlar irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, eks-prezident avqustun 3-də federal məhkəməyə çağırılıb.
Tramp dörd maddə ilə ittiham olunur.
O, ABŞ-ı aldatmaq, şahid ifadələrini saxtalaşdırmaq, ABŞ vətəndaşlarının hüquqlarına qarşı sui-qəsd və proseslərə mane olmaq ittihamlarına cavab verməlidir.