Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri ərəfəsində taxıl sazişinin bərpası üçün konkret təkliflər hazırlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Ria Novosti" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən məlumat yayılıb.
“İndi bu mövzu ilə bağlı bir sıra təkliflər hazırlanır" - deyə Ərdoğan administrasiyasındakı mənbə bildirib.
Mənbə hazırda bu sahədə işlərin davam etdiyini və daimi dialoqun olduğunu vurğulayıb.
Qeyd edək ki, avqustun 2-də Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Prezidentlər Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.