3 Avqust 2023 12:53
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna düşməndən müdafiə üçün pilotsuz təyyarələrin istehsalını gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Cənub” Əməliyyat Komandanlığı mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk Ukraynanın unikal yerüstü pilotsuz təyyarəsi MAGURA V5 ilə bağlı mediada yayılan məlumatlarla bağlı sualı cavablandırarkən bildirib.

Natalya Qumenyukxatırladıb ki, bu müharibə çoxdan “dron savaşı” adlandırılıb, ona görə də belə texnologiyaların inkişafı davam edəcək.

"Ukraynanın müəyyən potensiala malik olduğunu nümayiş etdirməli olduq, çünki biz təkcə tərəfdaşların dəstəyinə ümid etmirik, həm də özümüz ölkəmizin müdafiəsini inkişaf etdirməyə çalışırıq. Ancaq Qara dəniz donanmasını zərərsizləşdirməyə və tamamilə məhv etməyə hazır olmağımızdan danışmaq hələ tezdir. Biz öz imkanlarımızı və düşməni də qiymətləndirməliyik”, - Qumenyuk bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər