4 Avqust 2023 13:25
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti Novorosiysk körfəzində xüsusi əməliyyat keçirib, nəticədə rusların böyük desant gəmisi “Oleneqorski Miner” zədələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Məlumata görə, 450 kiloqram trotillə doldurulmuş dron 100-ə yaxın ekipaj üzvü olan Rusiya gəmisinə çırpılıb.

Qeyd olunur ki, bu, SBU-nun dronlarla ilk uğurlu xüsusi əməliyyatı deyil. Ötən ilin oktyabrında Sevastopol körfəzində Rusiya gəmilərinə hücum və bu yaxınlarda Krım körpüsünün dağıdılması buna misaldır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər