4 Avqust 2023 16:16
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron ötən həftə Nigerdə ​​baş verən hərbi çevrilişi qabaqcadan bilməyən Xarici Təhlükəsizlik Xidmətinin rəhbərinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Fransa lideri kəşfiyyat şefini məsuliyyətsizlikdə ittiham edib.

Makron bildirib ki, Xarici Təhlükəsizlik Xidmətinin direktoru Bernard Emi Fransanın keçmiş müstəmləkəsi olan Nigerdə ​​çevrilişi qabaqcadan görməli idi.

Emi bu ilin əvvəlində Nigerdə ​​mümkün çevriliş xəbərdarlığına hökumət tərəfindən məhəl qoyulmadığını deyərək özünü müdafiə edib.

Fransa mətbuatı yazır ki, Makron 64 yaşlı kəşfiyyat rəhbərini işdən çıxarmağı düşünür.

Nigerdə çevrilişindən sonra Emmanuel Makron Yelisey Sarayında müdafiə qurumlarının rəhbərləri ilə təcili iclas keçirib.

Qərb dünyasının Sahel bölgəsindəki son müttəfiqi Nigerdəki çevriliş bu ölkədə minlərlə hərbçisi olan Fransada ciddi narahatlıq yaradıb.

Niger uran ehtiyatları ilə Fransa üçün iqtisadi önəm kəsb edən ölkə kimi seçilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər