Rusiya Prezidenti Vladimir Putin avqust ayı ərzində Türkiyəyə səfər edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tarix hələ dəqiqləşməyib. Amma xarici işlər naziri, kəşfiyyat rəhbəri danışıqlar aparır. Bu görüşlər çərçivəsində hesab edirəm ki, bu səfər avqust ayında baş tutacaq”, - Türkiyə lideri bildirib.