6 Avqust 2023 18:36
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada olan italyan kontingentinin 65 əsgəri şənbə günü axşam saatlarında ölkəyə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, hakimiyyət Nigeriyadakı mövcud vəziyyət fonunda köməyə ehtiyacı ola biləcək mülki şəxslər üçün öz hərbi bazasında yer ayırmaq niyyətindədir.
İtaliya Müdafiə Nazirliyi gələn həftə Nigeriyadan daha bir neçə uçuşun planlaşdırıldığını bildirib.

Rəsmilərin bildirdiyinə görə, hazırda ölkədə 250 italyan hərbçisi qalır.

Bundan əvvəl İtaliya Niameydən 36 vətəndaşını təxliyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər