7 Avqust 2023 01:14
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübahisəli Nanşa adaları ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Pentaqon Filippinə dəstək bəyanatı yayıb və Çinin hərəkətlərini pisləyib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, Vaşinqton Filippinli müttəfiqlərini tam dəstəkləyir və Çinin Spratlidə "qanuni əməliyyatlara" mane olmaq səylərini pisləyir.

Rayder vurğulayıb ki, Vaşinqton ABŞ və Filippin arasında “dəmir” müttəfiqliyə sadiq qalır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər