İsveçin paytaxtı Stokholmdan Sundsvall şəhərinə gedən sərnişin qatarı relsdən çıxıb.
Teleqraf.com xəbər verir ki, güclü yağış dəmir yolu xəttinin torpaq qatını yuyub aparıb.
Məlumata görə, nəticədə qatar relsdən çıxaraq, 4 vaqondan ibarət qatarın iki vaqonu aşıb.
Qatarda 120 nəfər olub. Yaralananların olduğu bildirilib.