8 Avqust 2023 10:30
2 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 7-də Türkiyə limanında baş vermiş partlayışda Rusiyanın əlinin olub-olmadığını araşdırmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

“Bütün məlumatları yoxlamaq, Putin Rusiyasının bu hadisələrdə iştirakını öyrənmək, araşdırmaq lazımdır. Baş verənlər çox qəribə görünür – Putinin taxıl dəhlizinin müzakirəsi planlaşdırılan bu ölkəyə mümkün səfəri ərəfəsində Türkiyədə partlayış baş verir”, - kəşfiyyatçı bildirib.

Yusov xatırladıb ki, Türkiyə hakimiyyəti taxıl anlaşmasının davam etdirilməsini fəal şəkildə müdafiə edir:

“Və burada belə bir hadisə baş verir. Təsadüf? Düşünmürəm”.

Ötən gün səhər saatlarında Derincə limanı ərazisində güclü partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər