8 Avqust 2023 23:11
2 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Yaxın Şərqə İrana qarşı dörd minə yaxın xüsusi təyinatlıdan ibarət qüvvə göndərib. Artıq yeni qüvvələr və hərbi texnikalar bölgədədir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramını inkişaf etdirməsi, BƏƏ-yə aid adalara iddia irəli sürməsi və Bəsrə körfəzində intensivləşən hərbi təlimləri ABŞ-ı hərəkətə gətirib:

“Hesab edirəm ki, SEPAH-ın körfəzdə artan hərbi manevrləri və İranın bu sulardakı bəzi adalara iddiaları bölgədə hərbi əməliyyatlarin başlamasına zəmin yarada bilər. Hətta İranın güvəndiyi Rusiya da Tehranın iddiasının olduğu adaları BƏƏ ərazisi olaraq tanıdığını bəyan edib. Bundan narazı olan İran körfəzdə hərbi manevrlərini artıraraq, bölgədə gərginliyin yüksəlməsinə səbəb olub. İranın bu davranışlarını bu ölkəyə qarşı müharibə variantını yenidən gündəmə gətirib. Vəziyyətin həssaslığını nəzərə alan ABŞ artıq Yaxın Şərqə əlavə canlı qüvvə və döyüş gəmiləri, silah-sursat və texnikalar göndərib.

Hesab edirəm ki, İran öz iddiası üzərindən BƏƏ-yə qarşı hərbi əməliyyatlara başlayarsa, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail İrana qarşı cəbhədə yer alacaq.

Tehranın körfəzdəki davranışları ona qarşı beynəlxalq koalisiyanın genişlənməsinə zəmin yaradıb. Bu isə İran rejiminin zəifləməsinə və hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Artıq ABŞ müharibəyə hazırdır. Amma İran özünə qarşı real hücum görsə, hərbi qarşıdurmadan çəkinəcək manevrlər edə bilər. Mollaların manevr meydanı isə çox dardır, prosesi geri dönüşü olmayan nöqtəyə aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər