ABŞ Prezidenti Co Bayden Ukrayna hərbçilərinin Amerika F-16 qırıcıları üzərində təlim keçməsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun vitse-spikeri Sabrina Sinq məlumat yayıb.
Qeyd edilib ki, təlim prosesinə Danimarka və Niderland rəhbərlik edir.
Prezident Bayden təlim prosesinə "yaşıl işıq yandırdı".
Xatırladaq ki, iyul ayında Ağ Ev Ukrayna pilotlarına F-16 qırıcısında təlim keçmək üçün icazənin gecikdirilməsinə etiraz etmişdi.