9 Avqust 2023 10:40
4 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Prezidenti Vladimir Putinin avqustda Türkiyəyə mümkün səfərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi bu haqda danışmaq istəmədiyini söyləyib.

“Rusiyanın Qara Dəniz Taxıl Sazişinə yenidən qoşulmağa məcbur edilməsində Türkiyənin rolunu alqışlamağımızdan başqa, səfər haqqında danışmayacam”, - Miller deyib.

Sözçü Türkiyənin taxıl anlaşmasındakı rolu haqda bunları əlavə edib:

“Onlar əvvəldən bu təşəbbüslə bağlı razılığa gəlməyə kömək etməkdə və Rusiyanı təşəbbüsü davam etdirməyə inandırmaqda çox konstruktiv idilər”.

Miller Türkiyənin taxıl sazişinin davam etdirilməsində məhsuldar rolunun davam etməsini arzuladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər