9 Avqust 2023 17:22
4 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Finlandiyada Rusiyanın şimal-qərbdəki mühüm obyektlərini vuran zərbə silahları yerləşdirə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Finlandiya ərazisində əlavə NATO hərbçilərinin və Rusiyanın şimal-qərbindəki kritik əhəmiyyətli obyektləri kifayət qədər dərinlikdə vura bilən silahların yerləşdirilməsi mümkündür”, - nazir bildirib.

Onun sözlərinə görə, Rusiyanın qərb və şimal-qərb strateji istiqamətlərində hərbi təhlükəsizliyinə təhdidlər bir neçə dəfə artıb. Şoyqu Finlandiyanın və potensial olaraq İsveçin NATO-ya üzvlüyünü “sabitliyi pozan ciddi amil adlandırıb” və əlavə edib ki, Finlandiyanın daxil olmasından sonra Rusiyanın alyans ölkələri ilə quru sərhədi təxminən iki dəfə artıb.

Rusiyalı nazir həmçinin Rusiya-Belarus İttifaq Dövləti sərhədində NATO qüvvələrinin ümumi sayına diqqət çəkib:

“İttifaq Dövlətinin sərhədində yerləşən Şərqi Avropa ölkələrinin silahlı qüvvələrini nəzərə alsaq, bu, 360 minə yaxın hərbçi, 8 min hərbi texnika, 6 min artilleriya sistemi və minaatan, 650 təyyarə və helikopterdən ibarətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər