11 Avqust 2023 13:33
6 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Türkiyə münasibətlərinin mahiyyəti daha genişdir. Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb, iki prezidentin dostluğuna baxmayaraq, indi də deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

“Onlar bizim maraqlarımızı unutmadıqları kimi, biz də Türkiyədə baş verənlərlə bağlı ayıq-sayıqlılığımızı itirməməliyik. Türkiyənin öz maraqları var və həmişə olub, indi də var”, - siyasətçi qeyd edib.

Zatulin bildirib ki, Türkiyə Qafqaza və Xəzərə doğru can atır, Rusiyadan yan keçərək federasiyada yaşayan türk xalqları və hətta Yakutiya ilə əlaqələr qurur:

“Türkiyə keçmiş sovet Orta Asiyasına öz maraqları çərçivəsində dizayn verməyə çalışır, indi Altayla maraqlanır, Monqolustanla əlaqələr qurur və sair. Bu isə Türkiyənin müasir rəhbərliyinin böyük Turan yaratmaq ideologiyasına uyğundur. Onlar bizim rəqiblərimizdir: inteqrasiya ya Moskva, ya da Ankara ətrafında baş verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər