11 Avqust 2023 16:19
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Anjey Duda kəskin bəyanatla çıxış edərək, Ukraynaya hərbi yardımın verilməsinə qarşı çıxan amerikalı siyasətçilərin niyə bu ölkəni dəstəkləməli olduqlarını izah edib.

Teleqraf.com xəbər verir ki, Polşa lideri bunun izahının çox sadə olduğunu deyib.

“Bu, çox sadədir. İndi rus imperializmini ucuza dayandırmaq olar, çünki Amerika əsgərləri ölmürlər. Amma indi Rusiyanın təcavüzünə son qoymasaq, bunun üçün çox yüksək bədəl ödəməli olacağıq”, - Duda bildirib.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl Konqresdən Ukraynaya və Rusiyanın işğalından əziyyət çəkən digər ölkələrə yardım üçün daha 24 milyard dollar ayırmağı xahiş edib. Respublikaçılar Partiyasından olan bir sıra siyasətçilər buna qarşı çıxıb. ABŞ-ın Ukraynaya hərbi yardımına qarşı olanlardan biri də sabiq prezident Donald Trampdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər