Fransanın paytaxtı Parisdə terrorla mübarizədə həmrəylik üçün təşkil edilən və dünya liderləri ilə birgə Türkiyənin Baş nazir Əhməd Davutoğlunun da iştirak etdiyi "Respublika Yürüşü"nə 1,5 milyondan çox insan qatılıb.
Fransız televiziya kanalları Parisin Nazi işğalından qurtulduqdan sonra ən böyük izdihamlı nümayişə səhnə olduğunu bildiriblər.
Təşkilat Komitəsi də yerli KİV-in səsləndirdiyi müvafiq rəqəmləri təsdiqləyib. Fransanın paytaxıtında buna bənzər nümayiş sonuncu dəfə 1990-cı ildə baş verib.
O zaman mərhum prezident Fransua Mitteran da terror aksiyasından sonra keçirilən kütləvi etiraz nümayişinə qatılmışdı.
Nail Cəlil