Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski Türkiyədə yaradılacaq qaz mərkəzi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi layihənin təfərrüatları barədə ən yüksək səviyyədə məsləhətləşmələrin aparıldığını bildirib.
Biriçevski paylama mərkəzinin qurulacağı ölkə üçün Türkiyənin seçilməsinin təsadüfi olmadığını vurğulayıb:
“Türkiyənin Avropa üçün tranzit ölkə kimi rolu bu yaxınlarda “Türk Axını” təbii qaz kəmərinin istifadəyə verilməsi ilə əhəmiyyətli dərəcədə artıb”.
Biriçevski Rusiya ilə Türkiyə arasında təbii qaz sahəsində əməkdaşlığın strateji xarakter daşıdığını və siyasi konyukturaya tabe olmadığını söyləyib.