12 Avqust 2023 00:39
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerin paytaxtı Niameydə hərbi üsyançılar tərəfindən yaradılan Vətənin Qurtuluşu Milli Şurasının minlərlə tərəfdarlarının dinc nümayişi keçirilib.

Teleqraf.com xəbər verir ki, Fransanın Niameydəki hərbi bazasının qarşısına böyük izdiham toplaşıb.

Nigerin dövlət bayraqlarını dalğalandıran insanlar “Rədd olsun Fransa!” şüarları səsləndiriblər.

Bəzi küçə etirazçıları əllərində Parisin Niger və bölgədəki siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutublar.

Bundan əlavə, nümayişçilər hərbçilər tərəfindən devrilmiş prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün Nigerə hərbi müdaxilə etməyə hazır olduğunu bəyan edən Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) mənfi münasibəti açıq şəkildə bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər