Türkiyənin milli müdafiə naziri Yaşar Gülər israilli həmkarı Yoav Qallantla görüşəcək.
Teleqraf.com-un məlumatına görə, tərəflər arasında telefon danışığı olub.
Yaşar Gülər görüşlə bağlı bunları deyib: “Vəzifəyə təyin olunanda həmkarım məni təbrik etdi. İndi İsrail baş nazirinin ölkəmizə səfəri gözlənilir. O, gəlib-gedəndən sonra, mən də həmkarımla görüşəcəm”.