Misir ABŞ-ın Ukraynaya silah tədarükü tələbindən imtina edib.
Teleqraf.com xəbər verir ki, “Wall Street Journal” ABŞ-ın dəfələrlə Misirdən Ukraynaya silah göndərməyi tələb etdiyini yazıb.
Bu tələblərdən biri birbaşa ABŞ müdafiə naziri Lloyd Ostin tərəfindən Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə ünvanlanıb. Misir lideri isə bütün bu tələbləri rədd edib.
Ukraynaya göndərilməsi tələb olunanlar arasında artilleriya sursatları, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və yüngül silahlar var.
Amerika nəşri Misirin Rusiya ilə münasibətlərini korlamaq istəmədiyi üçün bu tələbə müsbət yanaşmadığını bildirib.
Bundan əvvəl Misirin Ukraynadakı müharibədə Rusiyaya kömək edəcəyi ilə bağlı iddialar vardı. Nəşrə görə, Misirin bu tələblərdən imtina etməsi Rusiyanın regionda artan təsirini göstərə bilər.